Главная > Mövqe > Yunan nazir: "1821-də Osmanlını məğlub etmişik"

Yunan nazir: "1821-də Osmanlını məğlub etmişik"


26-03-2018, 09:11.

                 Yunan nazir: "1821-də Osmanlını məğlub etmişik"

 

"Yunan mücahidləri 1821-ci ildə olduqca güclü Osmanlı qüvvələrini məğlub etdilər".

Axar.az xəbər verir ki, bu sözləri Yunanıstan müdafiə naziri Panos Kammenos deyib.

"Böyük Osmanlını düşünənlər 1821-ci ili xatırlamalıdır. Suverenliyimizi pozmağa cəhd edənləri 1821-ci ildəki kimi məğlub edərik”, - nazir bildirib.

Kammenos onu da əlavə edib ki, Türkiyə hökuməti tez bir zamanda 2 yunan əsgərini azad etməlidir.

Qeyd edək ki, yunan nazirin bəhs etdiyi ildə Osmanlı tabeliyində olan yunan üsyançılar müstəqillik naminə kütləvi iğtişaşlar yaratmağa başladılar. Nəticədə Rusiya imperiyası, İngiltərə və Fransanın yardımı ilə yunanlar Yunanıstanın müstəqilliyini elan etdilər.

 


Вернуться назад