Главная > Siyasət > DÜNƏN BAŞ VERƏN TƏYYARƏ QƏZALARININ HEYRƏTAMİZ SİRLƏRİ

DÜNƏN BAŞ VERƏN TƏYYARƏ QƏZALARININ HEYRƏTAMİZ SİRLƏRİ


4-02-2016, 22:46.
Elmi-ladun işığında

"Biz hər şeyi sayıb yazmışıq" Quran, 78:29
Xəbər verildiyi kimi dünən və srağagün sərnişin təyyarələri qəzaya uğramışlar. Belə ki, fevralın 2-də Somalinin paytaxtından qalxan "A-321" təyyarəsi havada partlaması səbəbindən ölən və yaralananlar olmuşdur.

Fevralın 3-də isə, Domodedovo hava limanından Tiflisə uçmalı olan "A-320" təyyarəsi yanmışdır.
Əvvəlki qəzalara dair hesablamalarımı oxuyanlara məlumdur ki, bu tip qəzalar bir qayda olaraq 114 və 286 ədədləri altında təkrarlanır (114 ədədi Quranın surələrinin, 286 isə, müqəddəs kitabın səhifələrinin sayı olmaqla, hər ikisi Quran rəmzi sayılır).

Maraqlıdır ki, bu hadisələrdən 400 (114 + 286) gün qabaq (28 və 29 dekabr 2014-cü il tarixlərdə) eyni markalı təyyarələr Malayziyada (A-320) və Filippində (A-320) qəzaya uğramışdılar (birində sərnişinlər hamısı həlak olmuş, digərində isə xilas edilmişdilər). Bir daha qeyd edim ki, bu qəzalarla haqqında bəhs etdiyim dünənki qəzalar arasında 400 gün fərq vardır ki, bundan da Quranın surələrinin sayını çıxdıqda, səhifələrinin sayı alınır və bəşəriyyətin diqqətini bir daha Qurana yönəldir:
400 - 114 = 286

Hesablamalarımız göstərir ki, dünənki qəzalardan 286 (!) gün qabaq da Türkiyədə eyni markalı təyyarələr dalba-dal (bir gün fərqlə) qəza keçirmişdilər.
Belə ki, 23 aprel 2015 tarixdə Türkiyəyə məxsus "A-319" təyyarəsi quş qatarı ilə toqquşaraq məcburi eniş etmişdi.

Bu hadisənin səhəri günü - 24 apreldə yenə də Türkiyənin "A-320" təyyarəsi havada motoru alışdığından məcburi eniş etmişdir. Yerdə baş verən saat fərqini nəzərə aldıqda görmək olur ki, türkiyədəki bu qəzalar hər ikisi ilin 114-cü (!) günü (24 apreldə) baş vermişdir. Bir daha xatırladım ki, türkiyədə baş verən bu qəzalarla dünən və srağagünkü təyyarə qəzaları arasında 286 gün fərq vardır!
"And olsun ki, Allah bunları hesablamış və təkrar-təkrar saymışdır" Quran: 19:94

Bir daha nəzərinizə çatdırım ki, bütün bu təyyarə qəzalarında məqsəd yolun azmış bəşəriyyətin diqqətini Qurana və Allahın hökmlərinə, qoyduğu yola yönəltməkdir. Həmçinin, bunlar yerə enəcək daha böyük fəlakətlərin (təmizlənmələrin) kodlaşdırılmış xəbərdarlığıdır. Bütün bunlardan tövbə edib Allaha sığınmaqla və insanlara yaxşılıqlar etməklə sığortalanmaq mümkündür.
"Yer üzündə baş verən və sizin öz başınıza gələn elə bir müsibət yoxdur ki, Biz onu yaratmamışdan əvvəl o, bir kitabda (lövhi-məhfuzda) yazılmamış olsun. Bu, Allah üçün çox asandır!" Quran, 57:22

Söz ardı: Dünənki tarixdən 114 çıxsaq, 2015-ci ilin 13 oktyabrına düşür ki, bu da ilin 286-cı (!) gününə düşür. Belə görünür ki, dünənki tarix keçən ilin həm 114-cü, həm də 286-cı günü ilə riyazi şəkildə bağlanır.

Paşa Yaqub
Вернуться назад