Главная > GÜNDƏM > Türkmənistanda parlament seçkiləri başlayıb

Türkmənistanda parlament seçkiləri başlayıb


25-03-2018, 10:36.

                Türkmənistanda parlament seçkiləri başlayıb

Türkmənistanda Məclis (parlament) seçkilərində səsvermə başlayıb.

Səsvermə yerli vaxtla 07:00-da başlayıb və 19:00-da yekunlaşacaq.

Parlamentdə 125 yerə partiyalar və vətəndaş qrupları tərəfindən irəli sürülən 284 namizəd iddia edir. Ölkədə üç partiya fəaliyyət göstərir: Demokratik partiya, Aqrar partiya və Sənayeçilər və sahibkarlar partiyası.

Ölkədə 3,2 milyondan artıq seçici qeydə alınıb. Səsverməyə 2,6 min seçki məntəqəsində keçiriləcək, onlardan 39-u Türkmənistanın xaricdəki diplomatik nümayəndəlik və konsulluqlarında fəaliyyət göstərir.(trend)

 


Вернуться назад