Главная > Dünya > Rio-de-Janeyroda baş vermiş atışmada 7 nəfər öldürülüb

Rio-de-Janeyroda baş vermiş atışmada 7 nəfər öldürülüb


25-03-2018, 09:49.

                  Rio-de-Janeyroda baş vermiş atışmada 7 nəfər öldürülüb

 

Rio-de-Janeyroda Braziliya polisi ilə quldurlar arasında baş vermiş atışmada azı 7 nəfər öldürülüb.

"Report" xəbər verir ki, bu barədə "RİA Novosti" məlumat yayıb.

Rio-de-Janeyro ştatı polisinin məlumatına görə, asayiş keşikçiləri patrul xidmətini həyata keçirərkən atəşə tutulublar. Atışma nəticəsində 7 cinayətkar yaralanıb. Onlar xəstəxanaya yerləşdiriliblər. Lakin yaralıların hamısı aldıqları xəsarətlərdən ölüb.

Ötrən ayın ortalarında Braziliya hökuməti Rio-de-Janeyroda təhlükəsizliyini ölkənin silahlı qüvvələrinə tapşırıb.

 


Вернуться назад