Главная > Ümumi > Terrorçular 9 polisi edam etdi

Terrorçular 9 polisi edam etdi


25-03-2018, 09:37.

                 Terrorçular 9 polisi edam etdi  

 

İraqda terrorçular Kərkükün şimalında ələ keçirdikləri 9 polis əməkdaşını edam ediblər.

"Report"un məlumatına görə, bu barədə "Skynews Arabia" telekanalına ölkənin federal polisindən bildiriblər.

Telekanal qeyd edib ki, terrorçular martın 24-də Kərkükün şimalında polislərə hücum ediblər. Atışma zamanı hər iki tərəfdən ölənlər və yaralananlar olub. Yaralanan polis əməkdaşlarından 9-u tapılmayıb və onlar döyüşdən sonra terrorçular tərəfindən öldürülüblər.

"Skynews Arabia" güman edir ki, onlar oğurlanıblar.

İraqın hüquq-mühafizə orqanlarının əməkdaşları həmkarlarına diqqəli, ayıq-sayıq olmağa, təhlükələri izləmək və yollarda qalmış tullantıları – terrorçuları məhv etməyə çağırıb.

 


Вернуться назад