Главная > İdman > İddiaçılar turniri: Şəhriyar Məmmədyarov 9-cu dəfə heç-heçə edib
İddiaçılar turniri: Şəhriyar Məmmədyarov 9-cu dəfə heç-heçə edib24-03-2018, 11:17. |
İddiaçılar turniri: Şəhriyar Məmmədyarov 9-cu dəfə heç-heçə edibAzərbaycanlı qrossmeyster Şəhriyar Məmmədyarov Berlin şəhərində keçirilən şahmat üzrə İddiaçılar turnirində 9-cu heç-heçəsini edib. "Report” xəbər verir ki, şahmatçı yarışın XI turunda amerikalı Uesli So ilə qarşılaşıb və tərəflər 51-ci gedişdə xalları yarı bölüblər. Rəqiblərin ilk görüşü də eyni nəticə ilə yekunlaşmışdı. Bu görüşdən sonra Məmmədyarov xallarının sayını 6-ya çatdırıb və lider Fabiano Karunadan (ABŞ) 0,5 xal geri qalır. İddiaçılar turniri, XI tur Uesli So (ABŞ) – Şəhriyar Məmmədyarov (Azərbaycan) - 0,5:0,5 Fabiano Karuana (ABŞ) – Vladimir Kramnik (Rusiya) - 0,5:0,5 Din Lijen (Çin) – Aleksandr Qrişuk (Rusiya) Levon Aronyan (Ermənistan) – Sergey Karyakin (Rusiya) Turnir cədvəli: Karuana - 7 xal, Məmmədyarov - 6,5, Qrişuk - 5,5, Karyakin, Dinq Lijen – hərəyə 5 xal, Kramnik - 5, So - 4,5, Aronyan - 3,5.
Вернуться назад |