Главная > Türk Dünyası > Özbəkistanda beş ton ağırlığında sumələk hazırlayıblar

Özbəkistanda beş ton ağırlığında sumələk hazırlayıblar


23-03-2018, 08:34.

               Özbəkistanda beş ton ağırlığında sumələk hazırlayıblar

 

Özbəkistanın Namanqan vilayətində Novruz bayramı münasibətilə beş ton ağırlığında sumələk (səməni) hazırlayıblar.

AZƏRTAC xəbər verir ki, Namanqan şəhərindəki Babur parkında nəhəng qazanda bişirilən səmənini 25 aşpaz hazırlayıb.

Səməninin hazırlanmasına 5200 litr səməni məhlulu, 250 litr bitki yağı, 2,4 ton su və müxtəlif ədviyyatlar işlədilib. Səməni 24 saata hazır olub. Bu müddət ərzində səməni hazırlanan qazanın ətrafında qədim rəqslər ifa edilib, müxtəlif mərasimlər keçirilib.

Hazır səməni hərbi hissələrə, uşaq və qocalar evlərinə, imkansız ailələrə paylanılıb.

 


Вернуться назад