Главная > Mövqe > Sarkozi: “İddialar həyatımı cəhənnəmə çevirdi”

Sarkozi: “İddialar həyatımı cəhənnəmə çevirdi”


22-03-2018, 18:16.

               Sarkozi: "İddialar həyatımı cəhənnəmə çevirdi”

 

Fransanın keçmiş prezidenti Nikola Sarkozi haqqındakı iddiaları rədd edərək, "Qəzzafi iddiaları həyatımı cəhənnəmə çevirdi” deyib.

Musavat.com xarici mediaya istinadən xəbər verir ki, Sarkozi 2007-ci ildə prezident seçkilərində həmin vaxt Liviyanın keçmiş lideri olan Muammer Qəzzafidən seçki kampaniyası üçün maliyyə vəsaiti aldığı iddiaları rədd edib. "Hər hansı konkret dəlil olmadan ittiham olunuram” deyən 63 yaşlı keçmiş prezident vəzifəsindən sui-istifadə etməsi ilə bağlı ittihamarla da razılaşmayıb.

Fransanın "Le Figaro” qəzeti bu gün Sarkozinin ifadələri ilə bağlı bir mətn yayıb. Mətnə görə, Sarkozi haqqındakı suçlamaların "ciddi” olduğunun fərqində olduğunu deyərək, onları iftira adlandırıb. Fransız lider sözügedən iddiaların 2011-ci ildən bu günə qədər həyatını cəhənnəmə çevirdiyini deyib: "Cinayət işində adı keçənlərlə, dostlarım və məsləkdaşlarımla olan münasibətimdəki öhdəliklərimdən qaçmadım və ifadələrinə də təsir göstərməyə çalışmadım”.

Fransız lider, 2007-ci idəki seçki kampaniyasına "qeyri-qanuni yollarla maliyyə qaynağı əldə etmək”, "passiv rüşvətxorliq”, "Liviya dövlər qurumlarının fond vəsaitlərini hesabına keçirmək” kimi ittihamlarla məhkəmə qarşısına keçəcək. İki gün boyunca ifadə verəndən sonra azadlığa buraxılan Sarkozi eyni zamanda bildirib ki, Qəzzafinin devrilməsi ilə nəticələnən əməliyyatda Fransanın roluna görə hazırda ondan intiqam alınır.

Xatırladaq ki, Fransada Sarkozi haqqında seçki kampaniası üçün Muammer Qəzzafidən milyonlarla avro maddi qaynaq alması ilə bağlı iddiaların ortaya atılması ilə 2013-cü ildə istintaq başlanmışdı.

Sevinc, musavat.com

 


Вернуться назад