Главная > Dünya > Suriyada qarşıdurma: Türkmanlar çətin durumda

Suriyada qarşıdurma: Türkmanlar çətin durumda


4-02-2016, 21:43.

Suriyanın Latakiya şəhərində Türkman dağı və Cəbəl Əkrad bölgələrinə intensiv olaraq top və raket zərbələri endirilir.
 
Axar.az xəbər verir ki, Əsəd qüvvələri müxaliflərin nəzarətində olan kəndlərə hücumları davam etdirirlər.

 

Bu gün səhər saatlarından Türkman dağında yerləşən Kələz və Kuruca kəndlərinə  doğru başlayan hücumun hələ də davam etdiyi qeyd edilir.
 
Türkmanların rejim qüvvələrinin hücumlarına qarşılıq verməsi qarşıdurmanı daha da şiddətləndirib.
 
Bölgədəki partlayış səsləri Türkiyə tərəfindən də eşidilib.


Вернуться назад