Главная > GÜNDƏM > Qəzzafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazır olduğunu bildirib

Qəzzafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazır olduğunu bildirib


22-03-2018, 09:29.

               Qəzzafinin oğlu Sarkoziyə qarşı ifadə verməyə hazır olduğunu bildirib

 

Liviyanın keçmiş başçısı Müəmmar Qəzzafinin oğlu Seyf əl-İslam Qəzzafi atasının Fransanın keçmiş prezidenti Nikolya Sarkozinin prezident kampaniyasını maliyyələşdirməsi haqqında dəlil və sübutlar göstərməyə hazır olduğunu bildirib. Bu haqda "Report" "Middle East Monitor" nəşrinə istinadən xəbər verir.

Qeyd olunur ki, Seyf əl-İslam Qəzzafi maliyyə vəsaitlərinin Sarkozinin Tripolidəki seçki qərargahının keçmiş başçısı Klod Quanta çatdırılmasının şahidi olub.

Qəzzafinin ailəsi Liviyanın dağılmasında iştirak etdiyi üçün Sarkozinin məsuliyyətə cəlb olunmasını tələb edir.

Xatırladaq ki, martın 20-də hüquq-mühafizə orqanları tətəfindən saxlanılan Fransanın sabiq prezidenti Nikolya Sarkozi martın 21-də axşam sərbəst buraxılıb.

Sabiq dövlət başçısının dindirilməsi ümümilikdə 25 saat davam edib.

N. Sarkozi seçki kampaniyasının 2007-ci ildə Liviya tərəfindən qanunsuz maliyyələşdirilməsi ilə bağlı aparılan istintaq çərçivəsində saxlanılıb.

Martın 21-də istintaq orqanları Nikolya Sarkoziyə qarşı ittiham irəli sürüblər. Keçmiş dövlət başçısı Liviyaya məxsus dövlət vəsaitlərinin gizlədilməsində ittiham edilib.

 


Вернуться назад