Главная > Dünya > Tailandda avtobus yük maşını ilə toqquşub, 19 nəfər ölüb

Tailandda avtobus yük maşını ilə toqquşub, 19 nəfər ölüb


22-03-2018, 10:08.

            Tailandda avtobus yük maşını ilə toqquşub, 19 nəfər ölüb

 

Tailandın şimal-şərq bölgəsində ağır yol qəzası baş verib.

APA-nın RİA Novosti agentliyinə istinadən verdiyi xəbərə görə, ikimərtəbəli sərnişin avtobusu ilə yük avtomobilinin toqquşması nəticəsində 19 nəfər ölüb, 35 nəfər xəsarət alıb.

Məlumata əsasən, zərbənin gücündən avtobus yoldan çıxaraq aşıb, yük maşını isə ağaca çırpılıb. 15 nəfərin hadisə yerində, daha 4-ün xəstəxanada keçindiyi bildirilir. Yaralılar xəstəxanaya yerləşdirilib.

 


Вернуться назад