Главная > Mövqe > Çexiyadan Saleh Müslim qərarı

Çexiyadan Saleh Müslim qərarı


19-03-2018, 18:19.

               Çexiyadan Saleh Müslim qərarı

 

Çexiya höküməti Türkiyənin PKK terror təşkilatının Suriya qolu olan PYD-nin lideriSaleh Müslimin təhvil verilməsi barədə tələbinə cavab verib.

 

Qaynarinfo Türkiyə KİV-inə istinadən xəbər verir ki, terrorçu liderin Türkiyəyə təhvili barədə bütün proseslər dayandırılıb və səbəb kimi Müslimin Çexiyada olmaması göstərilib.

 

Qeyd edək ki, Saleh Müslim 24 fevralda Türkiyənin tələbi ilə Praqada həbs olunmuş, lakin daha sonra məhkəmədə azad edilməsi barədə qərar verilmişdi.

 

Türkiyə höküməti Müslimin təhvili üçün 4 milyon türk lirəsi vəd edir.

 


Вернуться назад