Главная > Ölkə > İran vətəndaşları üçün Azərbaycana giriş sadələşdirilib

İran vətəndaşları üçün Azərbaycana giriş sadələşdirilib


19-03-2018, 14:49.

              İran vətəndaşları üçün Azərbaycana giriş sadələşdirilib

 

İran vətəndaşları bayram günlərində ölkəmizin ərazisinə daha rahat daxil ola biləcəklər.

Xarici İşlər Nazirliyininin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev bu barədə Musavat.com-a açıqlama verərək bildirib ki,15 mart 2018-ci il tarixindən etibarən Azərbaycan Respublikasına səfər edən İran İslam Respublikası vətəndaşlarına giriş vizaları Azərbaycan Respublikasının beynəlxalq statuslu hava limanlarında rəsmiləşdiriləcək.

"Bu qərarın dost və qonşu ölkələr olan Azərbaycan və İran arasında humanitar, iqtisadi-ticarət əlaqələrinin daha da inkişafına və insanlararası təmasların artmasına əsaslı töhfə verəcəyinə ümidvarıq", -H.Hacıyev deyib.

 


Вернуться назад