Главная > Siyasət > Ərizə qəbulu fevralın 19-dək aparılacaq

Ərizə qəbulu fevralın 19-dək aparılacaq


4-02-2016, 21:25.

Tələbə Qəbulu üzrə Dövlət Komissiyası 2016-2017-ci tədris ili üçün ali təhsil müəssisələrinin magistratura səviyyəsinə keçiriləcək imtahanların qrafikini elan edib.

"Qafqazinfo”nun məlumatına görə, Azərbaycan Milli Elmlər Akademiyasından (AMEA) Azərtac-a bildiriblər ki, magistratura səviyyəsinə ərizə qəbulu fevralın 10-dan 19-dək aparılacaq. İmtahanın birinci mərhələsi martın 6-da, ikinci mərhələsi isə iyunun 5-də keçiriləcək.

AMEA-nın magistratura ixtisaslaşmalarını seçən bakalavrların qeydiyyatı iyunun 9-dan 12-dək, müsahibəsi isə iyunun 13-dən 17-dək keçiriləcək.

2016-2017-ci tədris ili üçün qəbul planı ilə AMEA-nın rəsmi saytında tanış olmaq olar.


Вернуться назад