Главная > Ümumi > Mərakeşdə iki yük maşını toqquşub: 6 ölü

Mərakeşdə iki yük maşını toqquşub: 6 ölü


18-03-2018, 09:17.

             Mərakeşdə iki yük maşını toqquşub: 6 ölü

 

Mərakeşin Əqadir şəhərində eyni istiqamətdə hərəkət edən iki yük maşını toqquşub.

Trend-in "Xinhua" agentliyinə istinadən verdiyi məlumata görə, toqquşmadan sonra maşınlar alışıb və alov yaxınlıqdakı iki minik avtomobilinə keçib. Hadisə yerinə yanğınsöndürmə briqadaları cəlb olunub.

 

Məlumata əsasən, yol-nəqliyyat hadisəsi nəticəsində azı 6 nəfər həlak olub. Qəzanın səbəbləri araşdırılır.

Qeyd edək ki, Mərakeş nəqliyyat nazirliyinin məlumatına əsasən, 2017-ci ildə ölkə ərazisində yol-nəqliyyat hadisələri nəticəsində 3499 nəfər həlak olub.

 


Вернуться назад