Главная > Aktual > Türk ordusu dünya mediasının yalanını ifşa etdi - Video

Türk ordusu dünya mediasının yalanını ifşa etdi - Video


17-03-2018, 17:26.

              Türk ordusu dünya mediasının yalanını ifşa etdi - Video

 

Afrində TSQ-nın xəstəxananı bombardman etməsi ilə bağlı yayılan xəbərlər tamamilə əsassızdır.

Axar.azxəbər verir ki, bu barədə Türkiyə Silahlı Qüvvələrinin rəsmi Tvitter hesabında yazılıb.

"Zeytun budağı” əməliyyatı mülki insanlara, məsumlara və çevrəyə heç bir şəkildə zərər verməyəcək formada icra edilir. TSQ-nın Afrin xəstəxanasını bombardman etməsi xəbəri həqiqəti əks etdirmir”, - TSQ-dan bildirilib.

 

Görüntülərlə TSQ Baş Qərargahı Afrində türk ordusunun xəstəxana binasını vurması ilə bağlı xəbərin yalan olduğunu sübut edib.

TSQ-nın paylaşdığı görüntülər yerli vaxtla saat 09:43-də çəkilib.

Qeyd edək ki, "Röyter” və "Frans Press” Afrində Türkiyə ordusunun xəstəxananı bombaladığını yazmışdı. RİA-nın məlumatında isə hücum nəticəsində 11 nəfərin öldüyü bildirilmişdi.

 


Вернуться назад