Главная > Cəmiyyət > “8-ci km bazarı”nda aksiya: sahibkarlar işi dayandırdı – Video

“8-ci km bazarı”nda aksiya: sahibkarlar işi dayandırdı – Video


4-02-2016, 21:09.

İcarə haqqını verə bilmirik”

Bakıdakı "8-ci km bazarı”nda satıcıları fevralın 4-də kütləvi şəklidə narazılıqlarını dilə gətiriblər. Xəbəri "ANS TV” yayıb.

Satıcıların narazılığına səbəb icarə haqqının dəfələrlə artırılmasıdır. Bu məsələ ilə bağlı rəhbərliyə müraciət etdiklərini bildirən satıcıların sözlərinə görə, alıcı sayının az olması vəziyyəti daha da ağırlaşdırıb.

Artıq bəzi satıcılar obyektlərini bağlayıb. İşləyənlər isə icarə haqqını ödəyə bilmədiklərindən şikayətləniblər. Onların sözlərinə görə, alıcı sayı az olduğundan 200-500 manat arasında dəyişən icarə haqqını ödəməkdə çətinlik çəkirlər.

Məsələyə münasibət bildirən Nizami Rayon İcra başçısının müavini Qərib Məmmədov problemin tezliklə həll ediləcəyini söyləyib: "Yaranmış vəziyyətlə bağlı biz həmin insanları qəbul edib şikayətlərini dinlədik. Son olaraq qərara gəldik ki, bazar rəhbərliyi ilə bu problemi həll edək”.

Müavinin sözlərinə görə, bazar rəhbərliyi ilə icarə qiymətlərində endirim etmək üçün razılıq əldə olunub.

Bu gülərdə eyni tələblə "Moskva” univermağındakı sahibkarlar da işi dayandırmışdı .


Вернуться назад