Главная > İdman > “Çelsi” Abramoviçin əlindən alınır

“Çelsi” Abramoviçin əlindən alınır


17-03-2018, 08:19.

                "Çelsi” Abramoviçin əlindən alınır

 

Rusiyalı milyarderlər Roman Abramoviç və Əlişir Usmanov "Çelsi" və "Arsenal" klublarında sahib olduqları səhmləri itirə bilərlər.

Axar.az xəbər verir ki, iddianı "Tayms” qəzeti yayıb. Buna səbəb kimi Abramoviç və Usmanovun adının korrupsiyada hallanması göstərilib. Qəzet Rusiyadan olan iş adamlarına qarşı sanksiyaların tətbiq edilməsi haqqında yeni qəbul edəcək qanunun hər iki iş adamına aid ediləcəyini bildirib:

"Bu şəxslərə qarşı irəli sürülən korrupsiya ittihamları sübut edilərsə, onların səhmləri müsadirə edilə bilər".

 


Вернуться назад