Главная > Kriminal > Neftçala sakini həmyerlisini bıçaqladı

Neftçala sakini həmyerlisini bıçaqladı


26-10-2015, 21:24.

Neftçala rayonunda bıçaqlanma hadisəsi baş verib.

 

Uluyol.info  APA TV -yə istinadən xəbər verir ki,, hadisə bu gün axşam saatlarında rayonun Qaçaqkənd kəndində qeydə alınıb.

 

Xanməmmədli kənd sakini, 1988-ci il təvəllüdlü Fərrux Allahverdi oğlu Səmədov mübahisə zəminində həmkəndlisi 1984-cü il təvəllüdlü Əsədov Səbuhi Fəfrəddin oğlu adlı şəxs tərəfindən döş qəfəsindən 3 bıçaq zərbəsi alıb. Yaralı yaxınları tərəfindən dərhal Salyan rayon mərkəzi xəstəxanasına çatdırılıb. Cərrahiyyə şöbəsinə qaldırılan Fərrux Səmədov əməliyyat olunub. Vəziyyətinin ağır olduğu bildirilir.

 

Faktla bağlı Neftçala rayon Polis şöbəsində araşdırma aparılır.


Вернуться назад