Главная > Mövqe > Müsavat başqanından İlham Əliyevə cavab

Müsavat başqanından İlham Əliyevə cavab


16-03-2018, 22:08.

                Müsavat başqanından İlham Əliyevə cavab  

 

Azərbaycanımızın Baş Naziri ildə bir dəfə 15-20 dəqiqəlik iri şriftlə yazılmış çıxışı üzdən oxuyacaq qədər qabiliyyət yiyəsi deyil

 

"Azərbaycan Xalq Cümhuriyyəti qurulanda ölkədə ali təhsili olanların sayı cəmi 84 nəfər idi.
Bununla belə yalnız o dövr üçün yox, yalnız region üçün yox, bütün dövrlər və bəşəriyyət üçün nümunə olacaq bir dövlət qurmuşdular”.

Bunu Müsavat başqanı Arif Hacılı özünün feysbuk səhifəsində yazıb.

"Azərbaycanın simvoluna çevrilmiş dövlət rəhbərimiz, təhsili, intellekti, bacarığı ilə seçilən Baş Nazirlərimiz vardı.
Əlbəttə, 100 il əvvəl qurduğumuz Cümhuriyyətimizə görə fəxr etməliyik. İndi isə yerli və dünyanın müxtəlif ali məktəblərində təhsil almış yüz minlərlə mütəxəssislərimiz, alimlərimiz olan Azərbaycanımızın Baş Naziri ildə bir dəfə 15-20 dəqiqəlik iri şriftlə yazılmış çıxışı üzdən oxuyacaq qədər qabiliyyət yiyəsi deyil. Cümhuriyyət qurucuları indi sağ olsaydı bunlara görə fəxr edərdilərmi? İndiki durumumuzda fəxr ediləcək nə var?”, – Arif Hacılı əlavə edib.

Qeyd edək ki, dünən ölkə başçısı İlham Əliyev "Cümhuriyyətin qurucuları sağ olsa idi, indi Azərbaycanla fəxr edərdilər” -deyib.


(bastainfo)

 


 


Вернуться назад