Главная > Ümumi > ABŞ-da güclü partlayış: İtkin düşən var

ABŞ-da güclü partlayış: İtkin düşən var


15-03-2018, 20:39.

              ABŞ-da güclü partlayış: İtkin düşən var

 

ABŞ-ın Texas ştatında fəaliyyət göstərən kimya zavodunda partlayış baş verib, fəhlələr arasında xəsarət alanlar var.

APA-nın "RİA Novosti”yə istinadən verdiyi xəbərə görə, insident Kresson şəhərində baş verib.

Yerli KİV-lər partlayış nəticəsində bir nəfərin itkin düşdüyünü qeyd edir. Xəsarət alanlardan birinin vəziyyəti kritikdir.

Qeyd olunan müəssisənin sabun və müxtəlif turşular istehsal etdiyi bildirilir.

 


Вернуться назад