Главная > Baş Xəbər > Ərdoğan: İşimiz bitənə qədər Afrindəyik

Ərdoğan: İşimiz bitənə qədər Afrindəyik


15-03-2018, 17:59.

                     Ərdoğan: İşimiz bitənə qədər Afrindəyik

 

Avropa Parlamenti Afrin əməliyyatını dayandırmağımızı istəyirmiş.

Axar.az xəbər verir ki, bu sözləri Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.

"Boş yerə həvəslənməyin, işimiz bitməyənə qədər buradan çıxmaq niyyətimiz yoxdur. Bunu bilin. Türkiyə lağ obyekti deyil. Öz iradəsindən istifadə edə bilir. Orada işimiz bitəcək. 3.5 milyon suriyalı bizim ölkəmizdə yaşayır. Avropa Parlamenti sən burada bizdən hansı yükü almısan ki, bunları deyə bilirsən? Bu sözlər bizim bir qulağımızdan girər, digərindən çıxar”, - Ərdoğan bildirib.

 


Вернуться назад