Главная > Baş Xəbər > Almaniyadan Türkiyəyə jest: qadağa götürüldü

Almaniyadan Türkiyəyə jest: qadağa götürüldü


15-03-2018, 18:26.

                    Almaniyadan Türkiyəyə jest: qadağa götürüldü

 

Almaniya Türkiyəyə hərbi ləvazimat və silah satışını təsdiqləyib.

Axar.az xəbər verir ki, "Zeytun budağı” əməliyyatı başladıqdan sonra alman hökumətindən bununla bağlı 20 icazə sənədi alınıb.

Məlumata görə, Ankara 20 yanvardan sonrakı müddətdə Berlindən ümumilikdə 4 milyon 400 min avro dəyərində hərbi ləvazimat alıb. Türkiyənin bu məbləğ qarşılığında hansı hərbi ləvazimatı aldığı qeyd olunmayıb.

Qeyd edək ki, Almaniyanın Türkiyəyə "Leopard" tankları üçün mühafizə sistemləri və yüngül silahların satışına qadağa qoyduğu bildirilmişdi.

 


Вернуться назад