Главная > Siyasət > Arif Hacılı ATƏT-in müşahidə missiyasının koordinatoru ilə görüşüb

Arif Hacılı ATƏT-in müşahidə missiyasının koordinatoru ilə görüşüb


14-03-2018, 14:24.

               Arif Hacılı ATƏT-in müşahidə missiyasının koordinatoru ilə görüşüb

 

Müsavat Partiyasının başqanı Arif Hacılı ATƏT Parlament Assambleyasının Müşahidə Missiyasının koordinatoru xanım Nilza de Sena ilə görüşüb.

 

Görüşdə aprelin 11-nə təyin olunmuş növbədənkənar prezident seçkiləri, ölkədəki ictimai-siyasi vəziyyət, seçkiqabağı şərait, sərbəst toplaşma, söz və ifadə azadlığı, siyasi məhbuslar və digər sahələrdə mövcud olan problemlər müzakirə olunub.

Görüşdə həmçinin Qarabağ probleminin həlli yolları barədə fikir mübadiləsi aparılıb. Müzakirələrdə Avropa Parlament Assambleyasında siyasi məsələlər üzrə məsləhətçi cənab Françesko Paqani və Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı iştirak edib.

 


Вернуться назад