Главная > İdman > Çempionlar Liqasının 1/8 final mərhələsi: "Roma" və "Sevilya" mərhələ adlayıb
Çempionlar Liqasının 1/8 final mərhələsi: "Roma" və "Sevilya" mərhələ adlayıb14-03-2018, 08:10. |
Çempionlar Liqasının 1/8 final mərhələsi:"Roma" və "Sevilya" mərhələ adlayıbFutbol üzrə Çempionlar Liqasında 1/8 final mərhələsinin daha 2 cavab görüşü keçirilib. "Report"un məlumatına görə, İtaliyada "Roma" Ukrayna "Şaxtyor"unu, İngiltərədə isə "Mançester Yunayted" İspaniya "Sevilya"sını qəbul edib. İlk görüşdə 1:2 hesabı ilə uduzan "Roma" mərhələ adlamaq üçün vacib olan 1 qolu 52-ci dəqiqədə vurub. Edin Ceko "Şaxtyor"un qapıçısı Andrey Pyatovla təkbətəkdən fərqlənib - 1:0. 79-cu dəqiqədə isə İvan Ordets qırmızı vərəqə alaraq, ukraynalıları azlıqda qoyub. Bununla da "Roma" 10 ildən sonra 1/4 finala yüksəlib.
Xatırladaq ki, 1/8 final mərhələsinin son iki matçında "Beşiktaş" - "Bavariya" və "Barselona" "Çelsi" oyunları keçiriləcək. Çempionlar Liqası 1/8 final, cavab oyunları 13 mart 23:45. "Roma” (İtaliya) – "Şaxtyor” (Ukrayna) - 1:0 Qol: Edin Ceko, 52 İvan Ordets - qırmızı vərəqə, 79 Baş hakim: Alberto Undiano Malyenko (İspaniya) İlk oyun - 1:2 23:45. "Mançester Yunayted” (İngiltərə) – "Sevilya” (İspaniya) - 1:2 Qol: Romelu Lukaku, 83 - Ben Yedder, 74. 78 Baş hakim: Danni Makkeli (Hollandiya) İlk oyun – 0:0
Вернуться назад |