Главная > Sosial > Hacıbala Abutalıbov Vidadi Zeynalovun bacısı oğlunun əməllərinə nədən göz yumur?

Hacıbala Abutalıbov Vidadi Zeynalovun bacısı oğlunun əməllərinə nədən göz yumur?


13-03-2018, 08:31.

              Hacıbala Abutalıbov Vidadi Zeynalovun bacısı oğlunun əməllərinə nədən göz yumur?

 

Dövlət büdcəsindən ayrılan milyonlarla vəsait Rəfail Mehralıyevin nəzarəti altında təyinatdankənar istiqamətlərə yönəldilir.

 

Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyevin başının üzərini qara buludlar alıb. Belə ki, adıçəkilən departamentə ayrılan büdcə vəsaitlərinin xərclənməsində ciddi neqativ halların, şübhəli məqamların müşahidə olunduğunu vurğulayan məlumatlı şəxsin verdiyi bilgilərdə deyilir ki, hər il dövlət büdcəsindən bu quruma milyonlarla manat vəsait ayrılır. Və həmin vəsaitlərin böyük bir hiisəsi Rəfail Mehralıyevin nəzarəti altında təyinatdankənar istiqamətlərə yönəldilir. Artıq müvafiq dövlət orqanlarının bununla bağlı araşdırmalara başladığını, eyni zamanda tezliklə Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentində köklü yoxlamaların baş tutacağını qeyd edən mənbə iddia edir ki, əgər araşdırmalar obyektiv aparılarsa, o zaman Rəfail Mehralıyev tutduğu postla vidalaşa, hətta həbs təhlükəsilə üzləşə bilər: «Nəzərinizə çatdırım ki, Rəfail Mehralıyev 1995-1999-cu illər ərzində Bakı şəhər Maliyyə İdarəsinin rəsi vəzifəsində çalışan, lakin işdə yol verdiyi ciddi nöqsanlara görə Maliyyə Nazirliyinin Kollegiyasnın qərarı ilə işdən qovulan, bir müddət sonra isə Dövlət İqtisad Universitetində prorektor vəzifəsinə, daha sonra Əli Abbasovun dəstəyilə Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin aparat rəhbəri vəzifəsinə təyin olunan Vidadi Zeynalovun bacısı oğludur. Deyilənlərə görə, ötən il məlum hadisələr səbəbindən işdən kənarlaşdırılan və həbs olunan Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin sabiq aparat rəhbəri Vidadi Zeynalov bacısı oğlunun karyerasında irəliləməsində bilavasitə aktiv rol alıb. Belə ki, Əli Abbasov Vidadi Zeynalovu nazirliyə gətirdikdən sonra o, əlaqələrini işə salaraq Rəfail Mehralıyevin Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə rəisi vəzifəsinə təyin olunmasına nail olub. Qeyd edim ki, həmin vaxt Əli Abbasov Bakı meri Hacıbala Abutalıbovla quda idi. Sonradan Əli Abbasovun qızı Ülkər Abbasova merin oğlu İsrafil Abutalıbovdan boşanaraq bu qohumluğa son qoyulub. Lakin bu, Rəfail Mehralıyevin durumuna heç də öz təsirini göstərməyib. Çünki bu müddət ərzində o, Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentində mövqelərini möhkəmləndirməyə, Bakı meri ilə dil tapmağa müvəffəq olub. Deyilənlərə görə, Rəfail Mehralıyev əsasən Vidadi Zeynalovun göstərişlərini yerinə yetirib və işini yalnız onun məsləhətləri əsasında qurub». Bu arada, Rəfail Mehralıyevin adının indiyədək çoxsaylı korrupsiya ittihamlarında hallandığını bildirən məlumatlı şəxsin sözlərinə görə, bütün bunlara rəğmən Bakı Şəhər İcra Hakimiyyətinin başçısı Hacıbala Abutalıbov Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi barəsində müvafiq ölçü götürməkdə maraqlı deyil: «Halbuki bunun üçün kifayət qədər əsas var. Məsələn, son vaxtlar Hesablama Palatasının Bakı Şəhər Mənzil Kommunal Təsərrüfatı Departamentinə daxil olan qurumlarda, o cümlədən, rayon mənzil-kommunal təsərrüfatı birliklərindəki yoxlamalarında çoxsaylı yeyintilər aşkarlanıb. Belə ki, palatanın auditləri zamanı məlum olub ki, adıçəkilən departamentə daxil olan strukturlar mənzil fondunun zərərinin ödənilməsinə tələb olunan vəsaitlərin proqnozlaşdırılması zamanı mənzil fondunun saxlanılması xərclərini təxmin hesablamalar əsasında aparır, eyni zamanda proqnozların tərtibi prosesində təsiredici faktorları nəzərə almırlar. Bundan başqa, əməyin ödəniş dərəcələrinin müəyyənləşdirilməsi və əmək haqqının hesablanılması zamanı qüvvədə olan qanunvericiliyin tələbləri gözlənilmir, mənzil fondunun gəlirləri üzrə debitor borcun yığılması, habelə xərclərin, zərər məbləğlərinin azaldılması və gəlirlərin artırılması istiqamətində müvafiq tədbirlər həyata keçirilmir, büdcə vəsaitləri hesabına artıq ştat vahidləri saxlanılır və aparat işçilərinin saxlanma xərcləri maliyyələşdirilir, faktiki xidmət göstərilən ərazilərin sərhədləri dəqiqləşdirilmir, dövlət büdcəsinin vəsaiti hesabına alınmış təsərrüfat mallarının, yanacaq və ehtiyat hissələrinin silinməsi zamanı mövcud normalara riayət edilmir, istismar olunan nəqliyyat vasitələri üzrə gündəlik fəaliyyətlə əlaqədar qət edilən məsafəyə dair manevr xətti və marşurut müəyyənləşdirilmir. Bəzi hallarda dövlət satınalmaları haqqında qanunvericiliyin tələblərinə və kassa əməliyyatlarının aparılması qaydalarına riayət olunmur, mühasibat uçotu və maliyyə hesabatlarının tərtibi müvafiq təlimatlara uyğun aparılmır, kreditor və debitor borclar mütəmadi artır. Təbii ki, bütün bunlar birbaşa qanun pozuntusu kimi qiymətləndirildiyindən, Bakı Şəhər İcra Hakimiyyətinin Mənzil Kommunal Təsərrüfatı Departamentinin rəisi Rəfail Mehralıyev barəsində dərhal müvafiq ölçü götürülməlidir. Bir sözlə, hazırda onun fəaliyyətinin araşdırılmasına ciddi zərurət var».

Mövzu ilə əlaqədar qarşı tərəfin də mövqeyini işıqlandırmağa hazırıq.

ismaric.az

 


Вернуться назад