Главная > Cəmiyyət > Bir qrup müxalif partiya “Anti-böhran” koalisiyası yaratdı

Bir qrup müxalif partiya “Anti-böhran” koalisiyası yaratdı


3-02-2016, 17:43.
Bir qrup müxalif partiya
Fevralın 3-də bir qrup aparıcı müxalifət partiya sədrləri və ictimaiyyət nümayəndələrinin iştirakı ilə Vətəndaş və İnkişaf  Partiyasının (VİP) mərkəzi qərargahında toplantı keçirilib. VİP mətbuat xidmətindən "Yeni Müsavat”a verilən xəbərə görə, toplantıda ölkədə yaranmış vəziyyət ətraflı müzakirə olunub və "Anti-böhran koalisiyası”nın yaranması barədə razılaşma əldə edilib. 

Koalisiyaya Böyük Azərbaycan Partiyası (BAP), Klassik Xalq Cəbhəsi Partiyası (KXCP), Azadlıq Partiyası, Gələcək Azərbaycan Partiyası, Milli Konqres Partiyası (MKP), Azərbaycan Liberal Demokrat Partiyası (ALDP), Azərbaycan Xalq Partiyası (AXP), Aydınlar Partiyası, Ümid Partiyası, Dünyəvi Bozqurd Partiyası, Vətəndaş və İnkişaf  Partiyası (VİP), "Ağ Blok", bir sıra hərəkat və təşkilatlar  daxil olublar.

Azərbaycan Demokrat Partiyası (ADP) isə yeni yaradılmış koalisiyada müşahidəçi kimi iştirak edəcək.






E.SEYİDAĞA

Вернуться назад