Главная > İdman > Avroliqada 1/8 final həyəcanı - "Milan" - "Arsenal"

Avroliqada 1/8 final həyəcanı - "Milan" - "Arsenal"


8-03-2018, 13:36.

             Avroliqada 1/8 final həyəcanı - "Milan" - "Arsenal"

 

Bu gün Avropa Liqasında 1/8 final mərhələsinin ilk oyunları keçiriləcək.

Qol.az-ın məlumatına görə, mərhələnin ən maraqla gözlənilən matçı İtaliyada olacaq.

Burada "Milan" London "Arsenal"ını qəbul edəcək. Uzun ilər Çempionlar Liqasında rəqib olan iki nəhəng klub bu dəfə Avroliqada üz-üzə gələcək.

Çempionlar Liqasında "Qarabağ"la eyni qrupda mübarizə aparan "Atletiko" Madriddə Moskva "Lokomotiv"i ilə qarşılaşacaq.

Dortmund "Borussiya"sı öz meydanında Avstriyanın "Zalsburq" klubunu qəbul edəcək.


8 mart

Avropa Liqası

1/8 final, ilk oyunlar

22:00."Milan" (İtaliya) - "Arsenal" (İngiltərə)

22:00. "Atletiko" (Madrid, İspaniya) - "Lokomotiv" (Moskva, Rusiya)

22:00. "Borussiya" (Dortmund, Almaniya) - "Zalsburq" (Avstriya)

22:00. MOİK (Moskva, Rusiya) - "Lion" (Fransa)

00:05."Latsio" (İtaliya) - "Dinamo" (Kiyev, Ukrayna)

00:05. "Leyptsiq" (Almaniya) - "Zenit" (Rusiya)

00:05. "Marsel" (Fransa) - "Atletik" (Bilbao, İspaniya)

00:05. "Sportinq" (Portuqaliya) - "Viktoriya" (Plzen, Çexiya)

 


Вернуться назад