Главная > Ümumi > Məmur övladının milyonluq maşın kolleksiyası - FOTOLAR

Məmur övladının milyonluq maşın kolleksiyası - FOTOLAR


3-02-2016, 17:28.
"Azəryolservis" ASC-nin 71 saylı Yol İstismarı İdarəsinin sabiq rəisi, hazırda "Azərbaycan Dəmir Yolları" QSC-nin məsul şəxslərindən olan Xaqani Kazımovun oğlu, Bakı şəhər Prokurorluğunda çalışan Vüsal Kazımov bahalı avtomobillərdən ibarət kolleksiyaya sahibdir. Bu barədə istiqlal.az-a etibarlı mənbələrdən məlumat daxil olub.

Mənbə həmin kolleksiyanın bir hissəsinin fotolarını da təqdim edib. Bu avtomobillərin dəyəri bir neçə milyon manatlarla ölçülür. Ancaq V.Kazımov və atasının rəsmi maaşı 1000 manadan yuxarı deyil.

Qeyd edək ki, əslən Kəlbəcərdən olan X.Kazımov "Azərbaycan Dəmir Yolları" QSC-nin sədri Cavid Qurbanovun ən yaxın adamlarından biri sayılır. C.Qurbanov "Azəryolservis"-ə rəhbərlik edəndə X.Kazımov 71 saylı Yol İstismarı İdarəsinə rəis təyin edilir və bu idarə ən çox dövlət sifarişləri alan quruma çevrilir. C.Qurbanov "Azərbaycan Dəmir Yolları" QSC-yə sədr təyin edildikdən sonra isə onu özü ilə bərabər dəmiryol sisteminə transfer edir.














 
ULUYOL.İNFO

Вернуться назад