Главная > Region > Naxçıvanda AXCP fəalına 8 il cəza kəsildi

Naxçıvanda AXCP fəalına 8 il cəza kəsildi


3-02-2016, 17:17.

Naxçıvanda Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Zeynalabdin Bağırzadə 8 il həbs cəzası alıb. Dövlət qulluqçusuna zor tətbiq etməkdə (CM-nin 315-2-ci maddəsi) günahlandırılan AXCP fəalı haqda bu hökmü Babək rayon Məhkəməsi verib. Məlumatı AzadlıqRadiosuna onun qardaşı Yaşar Bağırsoy çatdırıb:

«Mən bu qərarı siyasi sayıram. Qardaşımın həbsinə səbəb mənim AXCP Naxçıvan təşkilatının rəhbəri olmamdır. Buna görə təzyiqlərə məruz qalıb».

Y.Bağırsoy qardaşının həbsindən apellyasiya şikayəti verəcəklərini söyləyib.

Z.Bağırzadə bundan əvvəl də həbs edilmişdi. O, 2012-ci ildə 7 il yarım şərti cəza almışdı. Buna səbəb kimi Çernobıl qəzası ilə bağlı əlliliyi saxta alması, səlahiyyət həddini aşması, sənədləri saxtalaşdırması göstərilirdi

Z.Bağırzadə bu dəfə 2015-vi il noyabrın 16-da həbsə olunub. Qardaşının dediyinə görə, Z.Bağırzadənin evinə gələn Sosial Müdafiə Fondunun əməkdaşları onun xanımına qarşı etikadan uzaq söyüşlər söyüblər. Z.Bağırzadə bununla bağlı Fonda gedərək həmin adamları tapıb, həyətindəki hadisəyə görə etirazını bildirib. Daha sonra bununla bağlı prokurorluğa şikayət ərizəsi verib. Sonra isə iş Z.Bağırzadənin özünün əleyhinə çevrilib.

Budəfəki məhkəmə prosesində 7 il yarım şərti işindən qalan cəza hissəsi indiki cəzanın üstünə gəlməklə o, 8 il azadlıqdan məhrum edilib.

44B9BF25-5E5B-4DDC-98D2-979C6E874200_w640_r1_s
Вернуться назад