Главная > Region > İcra başçısından qəbula gələn vətəndaşlara hörmətsizlik: "İt hürər karvan keçər"

İcra başçısından qəbula gələn vətəndaşlara hörmətsizlik: "İt hürər karvan keçər"


7-03-2018, 13:40.

       İcra başçısından qəbula gələn vətəndaşlara hörmətsizlik: "İt hürər karvan keçər"

 

Gədəbəy rayon İcra Hakimiyyətinin başçısı Ramiz Yediyarov vətəndaşları sərt şəkildə tənqid edib.

Yayılan xəbərə görə, Gədəbəydə bir məsələ ilə bağlı vətəndaşlar icra başçısı Ramiz Yediyarovun qəbuluna gedib.

Bundan narazı qalan başçı vətəndaşlarla sərt formada davranaraq tələblərini yerinə yetirməyib və sonda onların ünvanına «İt hürər karvan keçər» deyib.

AFN-in məlumatına görə, topxəbər. az saytı Gədəbəy Rayon İcra Hakimiyyətinin nümayədəsi ilə əlaqə saxlayıb: «Siz müraciətinizi rəsmi qaydada göndərin, müraciətinizə əsasən, sizə cavab veriləcək»-deyə bildirilib.

Qeyd edək ki, mövzunu davam etdirəcəyik.


Вернуться назад