Главная > Ölkə > Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir

Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir


7-03-2018, 13:59.

               Hərbçilərimiz beynəlxalq tədbirlərdə iştirak edir

 

Azərbaycan Ordusunun nümayəndələri bir neçə beynəlxalq tədbirlərdə iştirak edirlər.

Vitualaz.orgMüdafiə Nazirliyinin saytına istinadən bildirir ki, Azərbaycan Ordusunun nümayəndələri Belqrad şəhərində (Serbiya Respublikası) "REGEX-18” komanda qərargah təliminin, Ərzurum şəhərində (Türkiyə Respublikası) Azərbaycan-Türkiyə-Gürcüstan döyüş atışlı birgə tabor tapşırıq qüvvəsi təliminin, Kastelqeyt şəhərində (AFR) "Trident Jaguar 2018” və Ramştayn şəhərində (AFR) "Ramstein Ambition 2018” təlimlərinin planlaşdırma konfransları, eləcə də İzmir şəhərində (Türkiyə Respublikası) hava əməliyyatları terminologiyası üzrə təkmilləşdirmə kursunda iştirak edirlər.

 


Вернуться назад