Главная > Mövqe > ABŞ Rusiyanı həyasızcasına aldatdı – Putin

ABŞ Rusiyanı həyasızcasına aldatdı – Putin


7-03-2018, 04:17.

                 ABŞ Rusiyanı həyasızcasına aldatdı –Putin

ABŞ xahiş etdi ki, Viktor Yanukoviçikin Ukraynadakı hərbi çevriliş zamanı ordudan istifadə etməməsi üçün Rusiya əlindən gələni ortaya qoysun.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, bu sözləri Rusiya Prezidenti Vladimir Putin deyib:
"Amerikalı həmkarlarımız bizə müraciət etdilər. Xahiş elədilər ki, Yanukoviçin ordu ilə fəaliyyətinə imkan verməyək. ABŞ istəyirdi ki, Kiyevdə müxalifət qalib gəlsin və vəziyyət sabitləşsin. Rusiya bununla razılaşdı.

Bir gün sonra Ukraynada dövlət çevrilişi baş verdi. Çevriliş ABŞ-ın əli ilə həyata keçirildi. Buna görə də indi Kiyevin hazırkı hökumətini dəstəkləmək məcburiyyətindədirlər. ABŞ tərəfi bizi həyasızcasına aldatdı”.

 


Вернуться назад