Главная > Ölkə > Gülağa Aslanlı Müsavatın qərargahından “Qorotdelə” aparıldı

Gülağa Aslanlı Müsavatın qərargahından “Qorotdelə” aparıldı


7-03-2018, 13:23.

                 Gülağa Aslanlı Müsavatın qərargahından "Qorotdelə” aparıldı

 

Müsavat Partiyası Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı bu gün saat 12:50-də Bakı Baş Polis İdarəsinə aparılıb.

"Mənə zəng vurdular ki, təcilli Bakı Baş Polis İdarəsinə getməlisiz. Polis əməkdaşları məni Müsavatın qərargahı qarşısında gözləyir”, – qərargahdan çıxmazdan öncə Gülağa Aslanlı "Basta” əməkdaşına bildirib.

Daha sonra Gülağa Aslanlı 99 BB 035 dövlət nömrə nişanlı qara rəngli "Audi” ilə qərargahdan aparılıb.


 

Qeyd edək ki, dünən Gülağa Aslanlı da daxil olmaqla, Müsavat rəhbərliyində təmsil olunan onlarla şəxs polis bölmələrinə aparılaraq, təhqir, hədə-qorxu və təhdidlə üzləşiblər.

Müsavat Partiyasının bununla bağlı yaydığı bəyanatda qeyd edilir ki, hakimiyyət Müsavat Partiyası və Milli Şuranın martın 10-na təyin etdikləri mitinqin kütləvi alınacağından narahat olduğu üçün repressiv üsullara əl atır, cəmiyyətdə qorxu hissini gücləndirməyə çalışır.//Bastainfo.com

 


Вернуться назад