Главная > Cəmiyyət > Baş redaktor naməlum istiqamətə aparıldı

Baş redaktor naməlum istiqamətə aparıldı


6-03-2018, 14:08.

                  Baş redaktor naməlum istiqamətə aparıldı 

 

"5-ci bölmənin rəis müavini Elnur Əzizov özü başladı buradakı mebeli yixdirmağa. Sonra gəlib yığılan rəfin şəklini çəkdi ki, guya mən yıxdırmışam".

 

Mustafa Hacıbəyli sərbəst buraxılıb.

 

"Basta” ya açıqlama verən Mustafa Hacıbəyli bildirib.

 

"Məni 5-ci bölmənin rəis müavini Elnur Əzizov əvvəlcə mitinqlə bağlı sorğu suala tutdu. Dedi ki, camaatı mitinqə çağırırsız, martın 19-na qədər mitinq olmaz. Dedim ki, mitinq demokratiyanın tələbidir və icazə üçün İcra Hakimiyyətinə müraciət olunub. Bundan sonra bir neçə polis əməkdaşı məni sorğu suala tutdular. Guya ərazidə oğruluqlar olub, mənim bu barədə məlumatlı olub-olmadığımı sorushdular. Sonra yenidən Rəis müavinin otagına apardılar. Orda məni oğurluqlara rəhbərlik eləməkdə ittiham etdilər, təhqirə və təhdidə başladılar. Vəkil tələb etdikdə söyüş soydülər. Rəis müavini özü başladı buradakı mebeli yixdirmağa. Sonra gəlib yığılan rəfin şəklini çəkdi ki, guya mən yıxdırmışam. Bu zaman pəncərədən çölə, orada məni gözləyən müsavatçılara qışdırdım ki vəkil çağırın”.

 

"Amma qəfildən buraxdılar. Elnur Əzizov dedi ki, sən burdaki oğru dəstələrinə rəhbərlik edirsən. Dedi oğrulardan pul yığıb Lotu Quliyə göndərirsən. Səni tutduracağıq, amma hələ ki get”.

 


Вернуться назад