Главная > Region > Qəbələdə məktəb yandı

Qəbələdə məktəb yandı


6-03-2018, 22:49.

               Qəbələdə məktəb yandı

 

Qəbələ rayonunda orta məktəbdə yanğın olub.

Musavat.com-un FHN-in saytına istinadən verdiyi məlumata görə, Laza kəndində ümumi sahəsi 1300 m2 olan kənd orta məktəbinin yanar konstruksiyaları 650 m2 sahədə yanıb.

Məktəbin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın saat 17:27-də yanğın bölmələri tərəfindən söndürülüb.​ Hadisə zamanı xəsarət alan olmayıb.

 


Вернуться назад