Главная > Ölkə > Vətənsevər insanlardan gözəl təşəbbüs- Şəhid anaları bir araya yığılır-ELAN

Vətənsevər insanlardan gözəl təşəbbüs- Şəhid anaları bir araya yığılır-ELAN


6-03-2018, 19:19.

                Vətənsevər insanlardan gözəl təşəbbüs- Şəhid anaları bir araya yığılır-ELAN

Bir qrup vətənsevər gənc bir araya gəlib Şəhid ailələrinin unudulmaması, şəhid analarının ad günlərinin keçirilməsi istiqamətində hərəkətə keçiblər. Təşəbbüslə çıxış edən şəxslər uluyol.az-a bu barədə məlumat veriblər.
Beləki, hər ayın 7-si bu kimi tədbirlər keçiriləcək. İlk addım sabah-martın 7-si saat 14:00-da keçiriləcək. Tədbirin keçiriləcəyi ünvan-Binəqədi rayonu, Mədinə klinikasının yanı, Azadlıq metrosundan kənd Binəqədiyə gedən marşurutlar bu xətt üzrə hərəkət edir.
 Sabah martın 7-si Aprel şəhidimiz gizir Elimdar Səfərovun anası Aminə ananın doğum günüdür. Həmdə şəhidlər anası Xanım Fatiməyi Zəhra(ə)-ın iki gün sonra mövludu günüdür.

 

Təşkilatçıların bildirdiyinə görə artıq ölkənin bütün istiqamətlərində xəbər yayılıb və vətənsevərlərdən istəkləri isə  imkanları daxilində şəhid ailələrinin sabahkı tədbirdə iştirak etməsinə vasitəçi olmalarıdır.
Uluyol.az olaraq təşəbbüsü dəstəkləyir və hər zaman informasiya dəstəyi verməyə hazır olduğumuzu bildiririk.
 
Uluyol.az

Вернуться назад