Главная > Cəmiyyət > Sumqayıtda dəm qazının məhv etdiyi ailənin ürək dağlayan FOTOSU

Sumqayıtda dəm qazının məhv etdiyi ailənin ürək dağlayan FOTOSU


6-03-2018, 18:03.

              Sumqayıtda dəm qazının məhv etdiyi ailənin ürək dağlayan FOTOSU

 

Sumqayıtda dəm qazından boğularaq ölən ailənin yas mərasimindən çəkilmiş foto sosial şəbəkədə paylaşılıb.

Lent.az-ın məlumatına görə, 3-ü uşaq olmaqla, 6 nəfərin öldüyü hadisənin faciəviliyi yas mərasimindən çəkilmiş görüntüylə ən ağır şəkildə ortaya çıxır.

Qeyd edək ki, ailənin 6 üzvü dəm qazında boğulub. Onların cəsədləri öldükdən 10 gün sonra yaşadıqları zirzəmidən çıxarılıb. Faciəvi hadisədə dünyasını dəyişən şəxslər aşağıdakılardır: Baba Rafiq Hüseynov, nənə Yeganə Hüseynova, ana Sara Rafiq qızı Hüseynova və onun 3 körpəsi Fərid Abbasov, Zenfira Abbasova və Yeganə Abbasovadır.

 


Вернуться назад