Главная > Siyasət > Müsavat Divanı 10 mart mitinqi ilə bağlı tapşırıqlar verdi

Müsavat Divanı 10 mart mitinqi ilə bağlı tapşırıqlar verdi


5-03-2018, 22:17.

          Müsavat Divanı 10 mart mitinqi ilə bağlı tapşırıqlar verdi

 

Bu gün Müsavat Partiyası Divanının növbəti iclası keçirilib. Müsavatın mətbuat xidmətindən "Basta”ya verilən məlumata görə iclasda əvvəlcəNarkoloji Dispanserdə faciəli həlak olanların xatirəsi yad olunub, Müsavat Partiyası adından faciə qurbanlarının yaxınlarına başsağlığı verilib.

İclasda Mərkəzi İcra Aparatının rəhbəri Gülağa Aslanlı şimal zonasında – Quba, Qusar, Xaçmaz, Şabran və Siyəzən rayon təşkilatlarının rəhbərlərinin iştirakı ilə keçirilən müşavirə haqqında məlumat verib.

Cümhuriyyətin 100 illiyi ilə bağlı planlaşdırılan tədbirlər planı və bu istiqamətdə görülən işlər bir daha müzakirə olunub, lazımi qərarlar qəbul edilib.

Müsavat Partiyasının Divanı 10 mart müxalifətin birgə təşkil edəcəyi ümumxalq mitinqini geniş müzakirə edərək, bir sıra qərarlar qəbul edib, görüləcək işlərlə bağlı partiya strukturlarına xüsusi tapşırıqlar verib.

Divan Göyçayda keçmiş siyasi məhbus Vidadi İsgəndərlinin atasının qəbrinin təhqir olunmasını bütün dəyərlərin tapdanması halı olduğunu bildirərək kəskin pisləyir, hakimiyyətdən dərhal bu hadisənin iştirakçılarının və təşkilatçılarının tapılıb cəzalandırılmasını tələb edir.

Divan həmçinin Sumqayıt şəhərində bir ailənin 6 üzvü olmaqla dəm qazından zəhərlənərək həlak olmasını, bu faciənin artıq ənənə halı aldığını edərək, bu məsələnin ciddi araşdırılmasının və günahkarların cəzalandırılmasının vacib olduğunu, bu ölüm hallarına görə hakimiyyətin birbaşa məsuliyyət daşıdığını bildirərək, cinayət işinin açılmasını və günahkarların cəzalandırılaraq cəmiyyətə məlumat verilməsini tələb edir.

 


Вернуться назад