Главная > Dünya > Türkmənistanda çörək üsyanları başlayır

Türkmənistanda çörək üsyanları başlayır


6-03-2018, 16:36.

                Türkmənistanda çörək üsyanları başlayır

 

Türkmənistanın Marı vilayətində un çatışmazlığı ucbatından konflikt yaşanıb.

Axar.az xəbər verir ki, bu barədə informasiyanı "Azadlıq” radiosunun Türkmənistan bürosu yayıb. Radio bu vilayətdə qadınların avtomobil yolunu bağlayaraq, etiraz etdiyini bildirib.

Digər etirazçılar isə kənd mağazasına hücum ediblər. Bundan sonra vilayətə göndərilən unun əhaliyə tam olaraq paylanmadığı müəyyən olunub. Üstəlik, mağaza sahibinin vilayətin rəhbər heyəti ilə birgə unu dövlətin müəyyən etdiyi qiymətdən baha satdığı bildirilib.

Qeyd edək ki, Türkmənistanda un qıtlığı ötən aydan başlanıb. Fevralda ölkədə unun qiyməti iki dəfə artıb. Digər qida məhsulları da 70-100% qalxıb. Dövlət mağazalarında un əhaliyə talonla (5 kiloqramdan artıq olmamaq şərtiylə - red.) verilir.

 


Вернуться назад