Azərbaycanda körpələrə qoyulmasına icazə verilən 70
maraqlı ad açıqlanıb -SİYAHI
Azərbaycanda yeni doğulan körpələrə qoyulmasına icazə
verilən daha 70 maraqlı ad açıqlanıb.
"Report"un məlumatına görə, adlar siyahısında
Çağrı, Çallı (müdrik), Çakar, Çakər, Çayanbəy (igid bəy), Çayanxan, Çaylı,
Çıraq, Çıraqqəddin (dinin işığı), Çolpan (dan ulduzu) kimi kişi, Çeşmə, Çeşmi,
Çeşməgül, Çeşməxanım, Çeşməzar, Çəməni, Çinənay (Çin tütəyi) kimi qadın adları
yer alıb.
Valideynlər övladlarına Dadbəxş (əltutan), Dadrəs (imdada yetişən, himayəçi),
Dalqılıc (qınsız qılınc), Damanəli (Əlinin ətəyi), Danzi, Dənzi (sübh
qızartısı), Darab (suyun başlanğıcı), Dəyyan (ölməz), Dilgün (gözəl danışan),
Dilmac (çox dil bilən), Dövrəli (Əli dövrü), Dural (dəyişməyən) kişi, Danqız
(Sübh qızı), Dilaram (qəlbə rahatlıq verən), Dilfəza (fəza kimi geniş ürəkli),
Dilistan, Dürrü, Dürrət, Düşəri, Dürsəti (inci üzlü), Düşvarə (müşkül) kimi
qadın adları da qoya bilərlər.
Adlar siyahısında Elbaşı, Elmi, Elruh, Elson (yurdun axırıncı oğlu), Erazim
kimi kişi, Elda (Yelda), Eldəgül, Elfira, Elli, Esfira (ulduz, parlaq),
Eyvazgül (tamamilə gül, başdan ayağa gül) kimi qadın adları da yer alıb.
Körpələrə Ədib, Əfrand (əzəmət), Əlfi (ülfətli), Əlidədə, Əlim (Alim, vaqif
adam), Əliş, Əmircan, Ənbili (peyğəmbər nəslindən olan), Əralp (igid döyüşçü),
Ərçə (həddi buluğa çatmış), Ərman, Ərsay, Ərzan kimi kişi, Əfafə (iffət), Əfifə
(iffətli), Əqdəs (ən müqəddəs), Əlimə (dərdli), Ərus (gəlin, nişanlı), Əsra
(daha sürətli), Ətrabə (ətir suyu), Əzra (bakirə) kimi qadın adları da qoyula
bilər.
Вернуться назад
|