Главная > İdman > Messi karyerasında 600-cü qolunu vurub

Messi karyerasında 600-cü qolunu vurub


5-03-2018, 08:21.

               Messi karyerasında 600-cü qolunu vurub

 

İspaniyanın "Barselona” klubunun argentinalı hücumçusu Lionel Messi karyerasında 600-cü qolunu vurub.

APA-nın məlumatına görə, bu, İspaniya çempionatı çərçivəsində "Atletiko” (Madrid) ilə matçda baş verib.

Matçın 26-cı dəqiqəsində Lionel Messi cərimə zərbəsindən möhtəşəm qol vuraraq komandasını hesabda önə çıxarıb. Beləliklə, 30 yaşlı futbolçu karyerasında vurulan qolların sayını 600-ə çatdırıb. Karyerası ərzində 747-ci oyununa çıxan Messi 539 dəfə "Barselona”nın, 61 dəfə isə Argentina yığmasının heyətində rəqiblərini məyus edib

 


Вернуться назад