Главная > Ümumi > Tramp Avropanı vergi ilə hədələyib

Tramp Avropanı vergi ilə hədələyib


4-03-2018, 13:34.

            Tramp Avropanı vergi ilə hədələyib

 

ABŞ-a gətirilən Avropa avtomobillərinə vergi qoyulacaq.

Trend-in məlumatına görə, bu barədə ABŞ prezidenti Donald Tramp öz "Twitter" səhifəsində yazıb.

D.Tramp bildirib: "Əgər Avropa İttifaqı orada çalışan Amerika şirkətləri üçün onsuz da böyük olan tarifləri və maneələri daha da artırmaq istəyirsə, biz onların ABŞ-a sərbəst gətirilən avtomobillərinə vergi qoyacayıq".

Qeyd edək ki, hazırda ABŞ Avropa avtomobillərinin satışı üçün ən böyük bazardır. Avropa İttifaqında istehsal olunan avtomobillərin 25 faizi ABŞ-a gedir. Avropa avtomobillərinin ABŞ-da satış həcmi ildə 237 milyard dollar təşkil edir.

ABŞ-a gedən Avropa avtomobillərinin yarısı Almaniyada istehsal olunur. Beləliklə, vergi tətbiq olunarsa ən böyük zərər Almaniya şirkətlərinə dəyəcək.

 


Вернуться назад