Главная > Dünya > Polşada soyuqdan 63 nəfər ölüb

Polşada soyuqdan 63 nəfər ölüb


3-03-2018, 20:17.

                Polşada soyuqdan 63 nəfər ölüb

 

Polşada şaxtalar dövrünün başlanğıcından indiyədək 60-dan çox insan həyatını itirib.

RİA Novosti informasiya agentliyinin hökumət orqanlarına istinadla yaydığı məlumata görə, ötən sutka soyuqdan daha iki nəfər ölüb. Ümumilikdə isə noyabrdan indiyədək soyuqlar 63 nəfərin həyatına son qoyub. Ölüm hallarının 25-i son bir həftə ərzində baş verib.

Son günlər Polşada bütün qış ərzində ən şaxtalı hava şəraiti hökm sürür. Əksər regionlarda gündüzlər havanın temperaturu mənfi 10 dərəcədən yuxarı qalxmır. Bəzi yerlərdə isə 27 dərəcəyədək şaxta qeydə alınıb.

 


Вернуться назад