Главная > Aktual > Ötən il Almaniyada məscidlərə və müsəlmanlara azı 950 dəfə hücum olub

Ötən il Almaniyada məscidlərə və müsəlmanlara azı 950 dəfə hücum olub


3-03-2018, 21:35.

              Ötən il Almaniyada məscidlərə və müsəlmanlara azı 950 dəfə hücum olub

 

Ötən il Almaniyada məscidlərə və müsəlmanlara azı 950 dəfə hücum olub.

"Report” TASS-a istinadən xəbər verir ki, bu barədə Almaniya Daxili İşlər Nazirliyi Sol Partiyanın parlamentdəki fraksiyasının sorğusunu cavablandırarkən bildirib.

Bu hücumlar nəticəsində 33 nəfər xəsarət alıb. 60 hücum faktında məscid və islama aid başqa müəssisələr təhqir edilib. Cinayətlərin hamısını, demək olar ki, sağ yönlü ekstremistlər törədib.

Almaniya Mərkəzi Müsəlmanlar Şurasının sədri Ayman Mazek deyib ki, rəsmi statistika törədilən hüquq pozuntularının hamısını əks etdirmir.

2017-ci ilin məlumatına əsasən, Almaniyada daimi əsasla 4,7 milyon müsəlman yaşayır. Bu isə ölkə əhalisinin 5 faizini təşkil edir.

 


Вернуться назад