Главная > Cəmiyyət > Əyyub Kərimov dəfn olundu - Foto

Əyyub Kərimov dəfn olundu - Foto


3-03-2018, 17:40.

                 Əyyub Kərimov dəfn olundu - Foto

 

Tanınmış jurnalist və hüquqşünas, "Femida 007" qəzetinin baş redaktoru Əyyub Kərimov bu gün dəfn edilib.

Axar.az xəbər verir ki, jurnalist Qax şəhər qəbiristanlığında torpağa tapşırılıb.

Əyyub Zakir oğlu Kərimov 1958-ci ildə Qax rayonunun İlisu kəndində anadan olub. 1985-1991-ci ildə BDU-nun hüquq fakültəsində təhsil alıb. 1992-ci ildə "Femida" qəzetini təsis edib.

Uzun illər peşəkar hüquqşünas kimi fəaliyyət göstərib. Mətbuat Şurasının təsisçilərindən olub və bir müddət MŞ-da hüquq şöbəsinin müdiri vəzifəsini daşıyıb.

Ə.Kərimov ötən gün paytaxtın Nərimanov rayonunda yerləşən mənzilində dəm qazından zəhərlənərək dünyasını dəyişib.

 


Вернуться назад