Главная > İdman > Şəhriyar Məmmədyarov Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub

Şəhriyar Məmmədyarov Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub


3-03-2018, 08:35.

           Şəhriyar Məmmədyarov Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub

 

Azərbaycan şahmatçısı Şəhriyar Məmmədyarov Rusiyanın paytaxtı Moskvada start götürən Mixail Talın xatirə turnirində ilk günü lider kimi başa vurub.

"Report"un məlumatına görə, bu gün sürətli şahmat üzrə 3 tur oynanılıb.

Otuz üç yaşlı qrossmeyster rusiyalı Petr Svidlerlə hindistanlı dünya çempionu Vişvanatan Anandı yenib. Daha bir rusiyalı Vladimir Kramniklə görüş isə heç-heçə nəticələnib.

Beləliklə, ilk 3 turdan sonra Məmmədyarov 2,5 xalla liderdir. Daha 6 turun keçiriləcəyi sürətli şahmat yarışına martın 4-də yekun vurulacaq. Martın 5-də isə 13 turdan ibarət blits-turnir təşkil olunacaq.

Şəhriyar Məmmədyarov 10 - 28 martda Almaniyanın paytaxtı Berlində İddiaçılar Turnirində mübarizə aparacaq.

 


Вернуться назад