Главная > Cəmiyyət > “İsa Qəmbər İnsult keçirməyib” - Aida Qəmbər

“İsa Qəmbər İnsult keçirməyib” - Aida Qəmbər


2-03-2018, 19:18.

                 "İsa Qəmbər İnsult keçirməyib” -Aida Qəmbər

 

Müsavat Partiyasının sabiq başqanı, Milli Strateji Düşüncə Mərkəzinin sədri İsa Qəmbərin Türkiyədə müalicə aldığı xəstəxanada insult keçirməsi barədə mətbuatda xəbərlər yayılıb.

Modern.az xəbəri dəqiqləşdirmək üçün İsa Qəmbərin həyat yoldaşı Aida Qəmbərlə əlaqə saxlayıb.

O açıqlamasında İsa Qəmbərin insult keçirmədiyini, kimlərinsə bilərəkdən yalan xəbər yaydığını deyib.


"İsa Qəmbərin insult keçirməsi barədə yayılan xəbərlər doğru deyil. Elə bir şey olsaydı, mən də onunla Türkiyəyə gedərdim. 5 dəqiqə bundan qabaq həkimlə danışmışam. Elə bir şey yoxdur”.

Aida Qəmbər xəbərin mətbuatda yazılmasına da aydınlıq gətirib.

"Bilirəm ki, mətbuatın işi xəbər yazmaqdır. Buna etiraz etmirəm. Amma İsa Qəmbərin səhhətində ciddi bir şey yoxdur. Düzdü, müəyyən, kiçik problemlər vardı. O da həll olunub. Hətta Azərbaycan mətbuatının hər bir əməkdaşı Türkiyənin Hacəttəpə Universiteti klinikasının həkimi ilə əlaqə saxlayıb xəbəri dəqiqləşdirə bilər”.

Müsavat Partiyasından isə bildiriblər ki, İsa Qəmbərin insult keçirmə xəbəri yalandır. O, bu günbaş-beyin tomoqrafiyasından keçib və heç bir problem aşkar edilməyib.

 


Вернуться назад