Главная > Ölkə > "Femida" qəzetinin baş redaktoru Eyyub Kərim dəm qazından boğularaq ölüb

"Femida" qəzetinin baş redaktoru Eyyub Kərim dəm qazından boğularaq ölüb


2-03-2018, 15:30.

         "Femida" qəzetinin baş redaktoru Eyyub Kərim dəm qazından boğularaq ölüb

 

Bakıda baş redaktor dəm qazından boğulub ölüb. Trend-in məlumatına görə, hadisə bu gün paytaxtın Nəriman Nərimanov rayonunda baş verib. Jurnalist, "Femida" qəzetinin baş redaktoru Kərimov Eyyub Zakir oğlunun meyiti yaşadığı evdən tapılıb.

E.Kərimovun dəm qazından boğularaq dünyasını dəyişdiyi bildirilir.

Hazırda meyit müayinə edilmək üçün Səhiyyə Nazirliyinin Məhkəmə Tibb Ekspertizası və Pataloji Anatomiya Birliyinə təhvil verilib.

 


Вернуться назад