Главная > Mövqe > Nazarbayev Azərbaycan prezidentinə başsağlığı verib

Nazarbayev Azərbaycan prezidentinə başsağlığı verib


2-03-2018, 17:25.

                 Nazarbayev Azərbaycan prezidentinə başsağlığı verib

 

Qazaxıstan prezidenti Nursultan Nazarbayev Azərbaycan prezidenti İlham Əliyevə Bakıdakı Respublika Narkoloji Mərkəzdə baş vermiş yanğınla əlaqədar başsağlığı verib.

APA-nın Qazaxıstan prezidentinin mətbuat xidmətinə istinadən verdiyi məlumata görə, məktubda deyilir:

"Qardaş Azərbaycan xalqının dərdini bölüşür, öz adımdan və Qazaxıstan xalqı adından ölənlərin ailələrinə və yaxınlarına başsağlığı verirəm”, -deyə başsağlığında qeyd edilir.

N. Nazarbayev hadisə nəticəsində xəsarət alan şəxslərin tezliklə sağalmasını arzulayıb.

 


Вернуться назад